Moldovalı deputat: “Müxalifət müşahidəçiləri seçki məntəqələrinə buraxılmır”
sizinxeber.az xəbər saytı

Moldovalı deputat: “Müxalifət müşahidəçiləri seçki məntəqələrinə buraxılmır”


Moldova hakimiyyəti prezident seçkilərini və Aİ-yə üzvlüklə bağlı referendumu saxtalaşdırmaq üçün müxalifət müşahidəçilərini seçki məntəqələrinə buraxmır.

Sizinxeber.az xəbər verir ki, bunu müxalif Kommunistlər Partiyasından olan deputat Diana Karaman deyib.

“Hakimiyyət bizim seçimimizi oğurlamağa çalışır. Bizim müşahidəçilər Rumıniyada beş seçki məntəqəsində qeydə alınmayıb. Suçaava, Qalati, Konstansa, Bakau və İasi şəhərlərində seçki büroları bizim nümayəndələrimizi referendumda qeydə almaqdan imtina ediblər. Bu, açıq şəkildə göstərir ki, hakimiyyət müxalifət nümayəndələrinin seçki məntəqələrində olmasından qorxur və bu məntəqələrdə səsverməni istədikləri kimi keçirə bilmələri üçün əlindən gələni edir” – bu barədə Karaman Telegram kanalında videomüraciətində bildirib. Onun sözlərinə görə, Moldova mətbuatında artıq adıçəkilən şəhərlərdə seçicilərin avtobuslarla seçki məntəqələrinə kütləvi şəkildə daşınması ilə bağlı məlumatlar yayılıb.

Oxşar xəbərlər

Ukraynalı deputat: Seçki prosesi beynəlxalq və insan hüquqlarına hörmət çərçivəsində baş tutub
Moldovalı deputat: Seçkilər azad və konstruktiv şəraitdə keçir
Efiopiyalı parlamentari: Azərbaycanda keçirilən seçkilər bizim üçün nümunə oldu
Moldovalı deputat: Azərbaycanın seçki təcrübəsinin öz ölkəmdə də tətbiqini təklif edəcəyəm
İtaliyalı müşahidəçi: Seçki prosesi şəffaf və demokratik şəkildə təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər