Litva Prezidenti: Qərbin Ukraynaya dəstəyini dayandırması ehtimalı çox aşağıdır
Litva Prezidenti Gitanas Nauseda bildirib ki, Qərbin Ukraynaya dəstəyini dayandırması ehtimalı çox aşağıdır. Lakin o, açıq şəkildə bildirib ki, bu baş verərsə, Rusiyanın Litvaya və NATO-ya qarşı təcavüzü ehtimalı artacaq.
APA xəbər verir ki, bu barədə Litva dövlət başçısı TV3-ə müsahibəsində deyib.
Prezident Nauseda deyib ki, vəziyyət Ukraynadakı müharibə ssenarisindən asılı olacaq.
“Əgər Rusiya hər şeyi öz xeyrinə çevirə bilməsə, təbii ki, uzun müddət orada ilişib qalacaq və o, bir neçə cəbhədə mübarizə apara bilməyəcək. Əgər hər şey fərqli olarsa və Qərb birdən-birə Ukraynadan üz döndərib, ona lazımi yardımı göstərməzsə... Bəli, o zaman bu baş verə bilər, lakin bu ssenarinin baş vermə ehtimalı azdır”, - Nauseda müsahibəsində bildirib.
“Düşünürəm ki, bu, sadəcə olaraq, heç nədən müzakirəyə başlamaq istəyidir. Rusiyanın davranışının nə vaxt dəyişə biləcəyi və nəzərlərini NATO-ya çevirəcəyi sualına heç kimin cavabı yoxdur”, - Prezident Rusiyadan NATO-ya təhdidlə bağlı sualı şərh edərkən qeyd edib.
Oxşar xəbərlər
Blinken: “İsveç tezliklə NATO-ya üzv olacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Borrell: "Aİ ölkələri ABŞ-nin Qırmızı dənizdəki əməliyyatına qoşulacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yanvarın 1-dən elektron nəqliyyat qaiməsi ölkə üzrə yük daşımalara şamil ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Abşeron prokurorluğunda “Açıq qapı günü” keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabahın hava proqnozu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












