Rusiyanın Kiyevə PUA hücumu nəticəsində 8 nəfər həlak olub, 135 nəfər yaralanıb - YENİLƏNİB-3 - VİDEO
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə hava zərbələri nəticəsində yaralananların sayı 135 nəfərə çatıb, onların arasında 12 azyaşlının olduğu açıqlanıb.
Sizinxeber.az Ukrayna mediasına istinadən xəbər verir ki, hazırda 30 nəfərin xəstəxanalarda müalicəsi davam edir.
Həmin zərərçəkənlərdən 5-i uşaqdır.
97 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.
***
14:43
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə hava zərbələri nəticəsində həlak olanların sayı artıb.
Sizinxeber.az Ukrayna mediasına istinadən xəbər verir ki, Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko rusların hücumu nəticəsində 124 nəfərin yaralandığını, 8 nəfərin həlak olduğunu açıqlayıb.
Ölənlərdən 1-i, yaralananlardan isə 10-u uşaqdır.
“Yaralılara lazımi yardım göstərilir. Xilasetmə əməliyyatı davam edir", - deyə Tkaçenko bildirib.
***
11.41
Rusiyanın ötən gecə Kiyevə pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirdiyi hücum nəticəsində yaralananların sayı 82 nəfərə çatıb.
Sizinxeber.az UNIAN-a istinadən xəbər verir ki, bunu Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko deyib.
O bildirib ki, yaralıların 44 nəfəri xəstəxanaya yerləşdirilib.
Xəsarət alanlar arasında 10 azyaşlı da var ki, onlardan beşinin müalicəsi stasionar şəraitdə davam etdirilir.
Açıqlamada həmçinin, ən azyaşlı yaralının 5 aylıq uşaq olduğu qeyd edilib.
***
10:02
Rusiya ordusunun PUA atəşinə tutması nəticəsində Kiyevdə ölən və yaralananların sayı artıb.
Sizinxeber.az Ukrayna mediasına istinadən xəbər verir ki, hücum zamanı yaşayış binaları hədəfə alınıb, 6 mülki şəxs ölüb, 50 nəfərdən çoxu isə yaralanıb.
Ölənlərdən 1-i, yarlananlardan isə 9-u azyaşlıdır.
***
08:05
Rusiya ordusunun PUA atəşinə tutması nəticəsində Kiyevdə bir nəfər ölüb, 43 nəfər isə xəsarət alıb ki, onlardan 26 nəfəri xəstəxanaya yerləşdirilib.
Sizinxeber.az xəbər verir ki, bunu Kiyevin meri Vitali Kliçko bildirib.
Kliçko xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti ilə bağlı heç bir məlumat verməyib.
***
07:14
Rusiya ordusu Ukraynanın müxtəlif şəhərlərini dron atəşinə tutub.
Sizinxeber.az xəbər verir ki, bununla bağlı məlumatı Ukrayna ordusunun Hərbi Hava Qüvvələri yayıb.
Məlumata görə Ukraynanın müxtəlif bölgələrində Rusiya ordusuna məxsus pilotsuz təyyarələr qeydə alınır.
Paytaxt Kiyevdə PUA hücumu nəticəsində artıq 8 nəfərin yaralandığı bildirilir ki, onlardan da ikisi uşaqdır. Bunu Kiyev Şəhər Hərbi İdarəsinin rəhbəri Timur Tkaçenko bildirib.
Bundan başqa Kiyevin Solomenski, Svyatoşinski, Svyatoşinski rayonlarında dağıntılar və yanğınlar qeydə alınıb.
Oxşar xəbərlər
Rusiyanın Kiyevə PUA hücumu nəticəsində 8 nəfər həlak olub, 124 nəfər yaralanıb - YENİLƏNİB-3 - VİDEO
Rusiyanın hücumları nəticəsində Kiyevdə 2 nəfər həlak olub, 22 nəfər yaralanıb
Rusiyanın Kiyevə hücumu nəticəsində iki nəfər ölüb, 13 nəfər yaralanıb
Rusiya Kiyevə raket zərbələri endirib, 6 nəfər ölüb - YENİLƏNİB
Rusiyanın Kiyevə PUA hücumu nəticəsində yaralananların sayı 82 nəfərə çatıb - YENİLƏNİB-2 - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
