Almaniyada kimya zavodunda güclü partlayış olub, 18 nəfər yaralanıb
sizinxeber.az xəbər saytı

Almaniyada kimya zavodunda güclü partlayış olub, 18 nəfər yaralanıb


Almaniyanın ən böyük kimyəvi konserni BASF-ın zavodunda baş vermiş partlayış nəticəsində yaralananların sayı 18-ə çatıb.

Sizinxeber.az xəbər verir ki, bu haqda məlumatı Bild qəzeti dərc edib.

Nəşrin məlumatına görə, yerli vaxtla saat 12:00 radələrində Lüdviqshafendə BASF zavodunda partlayış baş verib və partlayış yanğının baş verməsinə səbəb olub.

Şirkət ilkin olaraq 15 yaralının yüngül xəsarətlər aldığını və ehtiyat tədbiri olaraq zavod klinikasına aparıldığını açıqlamışdı. Qəzet isə aydınlaşdırıb ki, onların sayı 18-ə çatıb.

İnsidentin səbəbi çox güman ki, üzvi həlledicinin sızması olub. Şəhər rəsmiləri sakinlər üçün heç bir təhlükənin olmadığını bildirib.

Oxşar xəbərlər

Almaniyanın ən böyük kimya zavodunda partlayış olub, 14 nəfər yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniyada kimya zavodunda partlayış olub, 14 nəfər yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daşkəsən şəhərində binada partlayış baş verib, xəsarət alan olmayıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniyada naməlum şəxs xəstəxanada bir neçə nəfəri girov götürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəbələdə güclü yağış bir neçə çayda selə səbəb olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər