Türkiyə XİN rəhbəri ABŞ-nin fələstinlilərin Qəzzanı tərk etmələri ilə bağlı təklifini qəbuledilməz adlandırıb
sizinxeber.az xəbər saytı

Türkiyə XİN rəhbəri ABŞ-nin fələstinlilərin Qəzzanı tərk etmələri ilə bağlı təklifini qəbuledilməz adlandırıb


İsrail Baş Naziri Benyamin Netanyahu girovların geri aldıqdan sonra Qəzzada yenidən müharibə başlada bilər.

Sizinxeber.az-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan “Anadolu” agentliyinə müsahibəsində deyib.

Hakan Fidan bildirib ki, bu halda Qəzzada əldə olunan atəşkəslə bağlı qarant ölkələrin addımları vacib olacaq. Nazirin sözlərinə, bölgədə atəşkəsə əsasən riayət edilir, lakin humanitar məsələlərlə bağlı hələ də ciddi problemlər mövcuddur.

H. Fidan ABŞ tərəfinin fələstinlilərin Qəzzanı tərk etmələri ilə bağlı təklif və planın da qabuledilməz olduğunu vurğulayıb: “Fələstin məsələsi məhv buna görə, fələstinlilərin yaşadıqları torpaqlardan sürgün edilib, yerinə israillilərin gətirilməsi ilə başladı”.

Oxşar xəbərlər

Hakan Fidan: İranla İsrail arasında mümkün müharibə yüksək ehtimal olaraq dəyərləndirilməlidir
Hakan Fidan Livandakı partlayışlardan danışıb: Türkiyədə müstəqil kibertəhlükəsizlik təşkilatı yaradıla bilər
Hakan Fidan: Terror ünsürlərinə qarşı mübarizəmizi davam etdirəcəyik
Hakan Fidan: Netanyahu İranı müharibəyə cəlb etməyə çalışır
Hakan Fidan qətərli həmkarı ilə Suriya və Qəzzadakı vəziyyəti müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər