Çin və Hindistan Rusiyadan neft idxalı müqavilələrinin bağlanmasını dayandırıb
sizinxeber.az xəbər saytı

Çin və Hindistan Rusiyadan neft idxalı müqavilələrinin bağlanmasını dayandırıb


Çin və Hindistan şirkətləri mart ayı üçün Rusiyadan neft idxalı üzrə müqavilələrin bağlanmasını dayandırıb.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, buna səbəb tətbiq olunan sanksiyalar səbəbindən idxal xərclərinin hər barelə görə 3 – 5, "ESPO Blend" neftinin 1 barelinin qiymətinin isə 2 dollar artmasıdır. Bu isə bir neçə milyon ABŞ dolları vəsaitin həmin məqsədlə sərf edilməsi deməkdir.

O da bildirilir ki, sözügedən qərar səbəbindən Çinin neft emalı zavodları gəlir itkisi ilə üzləşəcəyindən ehtiyatlanır.

Hindistan tərəfi isə artıq alternativ idxal marşutları axtarışında Yaxın Şərq, Afrika və ABŞ bazarlarına üz tutmağa başlayıb.

Buna səbəb isə mart-aprel aylarında idxal həcminin daha da azalacağı ilə bağlı proqnozlardır.

Oxşar xəbərlər

Bu ay Rusiya neft emalı zavodları neft ixracını il ərzində rekord həddə çatdırıb
KİV: Hindistan Rusiyanı hərbi texnologiya və avadanlıqlarla təchiz edən ikinci ölkədir
Hindistan bu il 22 milyard dollarlıq qızıl alıb
Gürcüstan Azərbaycandan neft idxalını kəskin artırıb
Azərbaycana idxal edilən düyü 14% bahalaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər