Fələstin Qəzza sakinlərinin məcburi şəkildə köçürülməsi ideyasını rədd edir
sizinxeber.az xəbər saytı

Fələstin Qəzza sakinlərinin məcburi şəkildə köçürülməsi ideyasını rədd edir


Fələstin rəhbərliyi Fələstin xalqını Qəzza zolağından köçürməyə yönəlmiş hər hansı plan və ya layihəni qəti şəkildə rədd edir.

Sizinxeber.az xəbər verir ki, bu barədə Fələstin Prezident Administrasiyasının açıqlamasında deyilir.

“Fələstin Prezident Administrasiyası Fələstin xalqının Qəzza zolağından köçürülməsinə yönəlmiş hər hansı plan və ya layihəni qəti şəkildə rədd edir və pisləyir. Fələstin xalqının heç vaxt öz torpaqlarını və müqəddəs yerlərini tərk etməyəcəyini vurğulayırıq və 1948 və 1967-ci illərdəki fəlakətin təkrarlanmasına imkan verməyəcəyik. Xalqımız mətanətdə qalacaq və öz vətənlərini tərk etməyəcək", - açıqlamada deyilir.

Oxşar xəbərlər

Fələstin hökuməti ABŞ konqresmenlərinin qərarını pisləyib
Fələstin Qəzzanın şimalında bufer zona yaratmaq planlarını qəbuledilməz hesab edir
Qəzza zolağında ölən jurnalistlərin sayı açıqlandı
Fələstin Rəfah keçid məntəqəsinin açılması təklifini rədd edib
Ərdoğan: Fələstin dövləti mütləq qurulacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər