Fələstin hökuməti ABŞ konqresmenlərinin qərarını pisləyib
Fələstin hökuməti amerikalı konqresmenlərin Fələstin Azadlıq Təşkilatının (FAT) bütün üzvlərinin ABŞ-a girişini qadağan etmək qərarını pisləyib.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
“Fələstin Prezidentinin Administrasiyası ABŞ Nümayəndələr Palatasının Fələstin Azadlıq Təşkilatı üzvlərinin ABŞ-a girişini qadağan edən qərarını pisləyib”, - WAFA informasiya agentliyinin məlumatında deyilir.
Administrasiyadan vurğulayıblar ki, Nümayəndələr Palatasının qərarı ABŞ hökumətinin daha əvvəl bəyan etdiklərinə ziddir və Fələstin-İsrail münaqişəsinin beynəlxalq legitimlik əsasında iki dövlət prinsipinə uyğun həllində onların roluna və nüfuzlarına mənfi təsir göstərəcək.
“ABŞ Nümayəndələr Palatasının qərarı təhlükəlidir, Fələstin xalqının hüquqlarına xələl gətirir, BMT-nin Fələstin xalqının hüquqlarını tanıyan və Fələstin Azadlıq Təşkilatını Fələstin xalqının yeganə qanuni nümayəndəsi kimi tanıyan qətnaməsini rədd edir. Bu qərar bütün səviyyələrdə regionda sabitlik və təhlükəsizlik maraqları naminə müvafiq ab-hava yaratmaq üçün göstərilən səylərə xidmət etmir”, - Fələstin hökumətinin yaydığı kommünikedə deyilir.
Oxşar xəbərlər
Qəzza zolağında ölən jurnalistlərin sayı açıqlandı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzzada ölənlərin sayı 20 min 674-ə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vilayəti HƏMAS lideri ilə danışdı: Savaş qızışır! [xfgiven_updateblue][/xfgiven_updateblue]
HƏMAS Fələstin tərəfdarı olanları da öldürdü [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsraillə bağlı proqnozlar özünü doğruldur - Xamenei [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












