Yəməndə yanacaqdoldurma məntəqəsində partlayışda 15 nəfər ölüb, 67 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB
Yəmənin Əl-Bayda əyalətində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 15-ə çatıb, azı 67 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Yəmənin Ənsar Allah (Husi) üsyançı hərəkatının nəzarətində olan SABA agentliyi Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd edək ki, Əl-Cəzirə telekanalı Husilərin nəzarətində olan Əl-Bayda əyalətində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ən azı 8 nəfərin öldüyünü, onlarla insanın yaralandığını bildirmişdi.
Əl Məşhədin məlumatına görə, Ez-Zaher bölgəsinin Əl-Məcriş bölgəsində dörd yanacaqdoldurma məntəqəsi partlayıb. Xəsarət alanların sayı 70 nəfəri ötüb, onlar tibb müəssisələrinə yerləşdirilib. Əs-Təvra xəstəxanası çoxlu sayda itki ilə əlaqədar yerli sakinləri qan verməyə çağırıb.
***
04:41
Yəmənin Əl-Bayda əyalətində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində azı 10 nəfər ölüb, 70-ə yaxın şəxs yaralanıb.
APA "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli səhiyyə rəsmiləri məlumat verib.
Hadisənin səbəbləri hələlik açıqlanmayıb.
Oxşar xəbərlər
Yəməndə güclü partlayış baş verib, 7 nəfər ölüb, 70 nəfər yaralanıb - VİDEO
Yəməndə güclü partlayış baş verib, 10 nəfər ölüb, 65 nəfər yaralanıb - VİDEO
Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış olub, dörd nəfər ölüb - VİDEO
Dağıstanda baş verən partlayış nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-3
Dağıstanda baş verən partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












