Yəmən husiləri ABŞ-nin MQ-9 PUA-sını vurduqlarını açıqlayıblar
sizinxeber.az xəbər saytı

Yəmən husiləri ABŞ-nin MQ-9 PUA-sını vurduqlarını açıqlayıblar


Yəmənin husilərdən ibarət “Ənsar Allah” qruplaşmasının hərbi sözçüsü, briqada generalı Yəhya Sərii dünən axşam saatlarında Yəmənə reydlər təşkil edən ABŞ ordusuna məxsus MQ-9 pilotsuz təyyarəsini vurduqlarını açıqlayıb.

Sizinxeber.az əl-Cəziraya istinadən xəbər verir ki, sözçü PUA-nı yerli istehsal olan yer-hava tipli raketlə vurduqlarını deyib.

PUA-nın Yəmənin Beyda vilayətində əməliyyat yerinə yetirmək istəyərkən vurulduğu bildirilir.

Qruplaşma sözçüsü həmçinin PAU-nın sayca vurulan 13-cü pilotsuz təyyarə olduğunu deyib.

ABŞ tərəfdən məsələ ilə bağlı hər hansı bir açıqlama verilməyib.

Oxşar xəbərlər

Husilər Yəməndə ABŞ-nin səkkizinci PUA-sını vurduqlarını açıqlayıblar
Husilər Təl-Əviv və Aşkelon şəhərlərini dronlarla vurub
ABŞ ordusu Yəmənin husilərə məxsus üç pilotsuz təyyarəsini vurub
Husilər Təl-Əviv və Eylat şəhərlərinə zərbələr endiriblər
Husilər Ben Qurion hava limanına hücum etdiklərini bildirirlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər