Müxalif Suriya Milli Ordusu Hələbdə hərbi hava limanını, Tel Rıfatda 3 kəndi PKK/YPG terrorçularından azad edib - YENİLƏNİB
Müxalif Suriya Milli Ordusu “Azadlıq şəfəqi” əməliyyatı çərçivəsində Hələbdəki Kuveyris Hərbi Hava Limanını, Tel-Rifat bölgəsində 3 kəndi və bir yüksəkliyi PKK/YPG terrorçularından təmizləyib.
Sizinxeber.az-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Tel Rıfatda Tel İneb, Mezeret Hamad, Zoyan kəndləri və Zuyan təpəsi nəzarət altına alınıb.
Kuveyris Hərbi Hava Limanının nəzarət altına alınması ilə PKK/YPG-nin formalaşdırmağa çalışdığı Tel Rifat-Münbiç lojistik xətti də kəsilib. Suriya Ordusu geri çəkilərkən Kuveyris Hərbi Hava Limanını PKK/YPG terrorçularına təhvil verib.
Qeyd edək ki, PKK/YPG terrorçuları 2016-cı ildə Rusiyanın da hava dəstəyi ilə Tel Rıfat və ətrafındakı bəzi yaşayış məntəqələrini ələ keçirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Tel Rıfatın PKK/YPG terrorçularından təmizlənməli olduğunu bəyan edib.
***
saat 11.37
Suriyada PKK/YPG terrorçuları yaranmış boşluqdan istifadə edərək Rakka bölgəsi və Hələb arasındakı yolu ələ keçirməyə çalışıb.
Sizinxeber.az-nın xəbərinə görə, bu barədə Türkiyənin təhlükəsizlik qaynaqlarından NTV telekanalına bildirilib.
Qeyd edilib ki, müxalif Suriya Milli Ordusu PKK/YPG terrorçularının bu cəhdinin qarşısını alıb. Bu əməliyyat “Azadlıq şəfəqi” adı altında həyata keçirilib.
Xatırladaq ki, Rakka bölgəsi və Hələbin Şeyx Maqsud məhəlləsi PKK/YPG terror təşkilatının nəzarətindədir. Hazırda Şeyx Maqsud məhəlləsində Heyət Təhrir əş-Şamın (HTŞ) öncüllük etdiyi müxalif qüvvələrlə PKK/YPG terrorçuları arasında döyüşlər davam edir.
Suriya Ordusunun geri çəkilərkən PKK/YPG terrorçularına təhvil verdikləri Hələb Hava Limanı da artıq müxaliflərin nəzarətinə keçib.
Oxşar xəbərlər
Suriyada PKK/YPG terrorçularının Rakka və Hələb arasında koridor yaratmaq cəhdinin qarşısı alınıb
Türkiyə ordusu İraq və Suriyada PKK-nın hədəflərinə zərbələr endirir
İsrail ordusu Livanla sərhəddə Suriyanın hərbi infrastrukturuna zərbələr endirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
