KİV: HAMAS liderinin öldürülməsi Qəzza problemi üzrə razılaşmanı çətinləşdirə bilər
sizinxeber.az xəbər saytı

KİV: HAMAS liderinin öldürülməsi Qəzza problemi üzrə razılaşmanı çətinləşdirə bilər


HAMAS-ın Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın öldürülməsi Qəzza problemi üzrə razılaşmanı çətinləşdirə bilər.

APA xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.

Məqalədə bildirilir ki, İsrailin Baş naziri Benyamin Netanyahu bu hadisədən sonra daha genişmiqyaslı qələbə qazanmaq yolunda səylərini iki dəfə artıra bilər. Onun bu niyyəti isə bölgədə atəşkəs anlaşmasına əngəl törədəcək.

Müəllif həmçinin ABŞ Prezidenti Co Bayden və vitse-prezident Kamala Harrisin Y.Sinvarın qətli ilə bağlı fikirlərindən də sitat gətirir. Bildirir ki, Vaşinqtonda bu hadisə alqışlansa belə onun ölümü Yaxın Şərqdə sülhə nail olmaq üçün maneə yarada bilər:

“Bu maneələrdən biri HAMAS-ın seçiləcək yeni liderinin atəşkəsə razılıq verib-verməyəcəyi ilə bağlıdır. Müşahidəçiləri düşündürən daha bir məsələ Benyamin Netanyahunun bu imkandan hərbi əməliyyatların dayandırılması üçün istifadə edəcəyi ilə bağlıdır. Atəşkəs planının reallaşması məhz bu suallara aydınlıq gətirilməsindən asılıdır”.

Qeyd edək ki, İsrail ordusu oktyabrın 17-də HAMAS-ın Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın 16 oktyabr tarixində keçirilən xüsusi əməliyyatla öldürüldüyünü elan edib.

Oxşar xəbərlər

Ostin: ABŞ HAMAS liderinin öldürülməsindən sonra bölgədə gərginliyi azaltmağa çalışacaq
Ərdoğan HAMAS liderinin qətlini pisləyib
Harrisin ofisi onun İsraili tənqid etməsinə aydınlıq gətirib
HAMAS lideri Yəhya Sinvarın öldüyü güman edilir
HAMAS liderinin öldürüldüyü ehtimal olunan əməliyyatın təfərrüatları məlum olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle