Əlcəzair və Hindistan Fələstin xalqının müstəqil dövlət hüququnu bir daha təsdiqləyib
sizinxeber.az xəbər saytı

Əlcəzair və Hindistan Fələstin xalqının müstəqil dövlət hüququnu bir daha təsdiqləyib


Əlcəzair və Hindistan prezidentləri Əbdülməcid Tebbun və Draupadi Murmu bazar ertəsi günü ikitərəfli münasibətləri və eləcə də aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Sizinxeber.az xəbər verir ki, bu barədə Əlcəzair radiosu məlumat yayıb.

Tebbun, birgə mətbuat konfransında çıxışı zamanı Əlcəzair və Hindistan arasında çoxsaylı aktual regional və beynəlxalq məsələlər üzrə fikirlərin yaxınlaşmasını vurğulayaraq, ölkələrin beynəlxalq sülh və təhlükəsizliyin təşviqinə yönəlmiş birgə səyləri davam etdirməyə hazır olduqlarını bildirib.

O, iqtisadi əməkdaşlığın səviyyəsini artırmaq, investisiya və ticarəti stimullaşdırmaq barədə iki ölkənin razılığa gəldiyini deyib.

“Biz aktual regional və beynəlxalq məsələləri, o cümlədən Yaxın Şərqdəki vəziyyəti müzakirə etdik. Biz Əlcəzair və Hindistan olaraq İsrailin Qəzza zolağına və Livanın cənubuna təcavüzünün siyasi və fəlakətli humanitar nəticələrini, həmçinin Yaxın Şərq regionunda və bütün dünyada təhlükəsizlik üçün ciddi nəticələrini nəzərdən keçirdik. Fələstin xalqının öz müstəqil dövlətini yaratmaq hüququnu təsdiq edərək, koordinasiya və məsləhətləşmələri intensivləşdirmək barədə razılıq əldə etdik.” – deyə Tebbun bildirib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev əlcəzairli həmkarı Abdelmacid Tebbunu təbrik edib
Ceyhun Bayramov Əlcəzairin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Prezident İlham Əliyev Əlcəzairin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
Əlcəzair BMT TŞ-yə Qəzzada məktəbə zərbə endirilməsi ilə əlaqədar iclas keçirməklə bağlı tələb göndərib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər