Nəcib Mikati: Livanda prezident seçkiləri atəşkəs razılaşmasından sonra keçiriləcək
sizinxeber.az xəbər saytı

Nəcib Mikati: Livanda prezident seçkiləri atəşkəs razılaşmasından sonra keçiriləcək


Ölkəmizdə prezident seçkisi yalnız İsrail ilə “Hizbullah” arasında atəşkəs razılaşmasından sonra keçiriləcək.

APA “Reuters”ə istinadən xəbər verir ki, bunu Livanın müvəqqəti Baş naziri, Prezident səlahiyyətlərinin icraçısı Nəcib Mikati bildirib.

O əlavə edib ki, rəsmi Beyrut BMT-nin 2006-cı ildə İsrail və “Hizbullah” arasında münaqişəyə son qoyulması üçün qəbul olunan qətnaməsinə sadiqdir.

N. Mikati Livanın bölgədə ABŞ və Fransa tərəfindən bölgədə müvəqqəti atəşkəsə dair irəli sürdüyü təşəbbüslə razı olduğunu da bəyan edib.

Qeyd edək ki, Livanda dövlət başçısını Parlament seçir.

Oxşar xəbərlər

Livanın baş naziri BMT Baş Assambleyasına səfərini ləğv edib
KİV: ABŞ İsrail və Hizbullah arasında müvəqqəti atəşkəs planı hazırlayır
Livanın baş naziri Qərb səfirləri ilə təcili görüş tələb edib
KİV: Bu həftə İsrail Livanda hərbi əməliyyatlara başlaya bilər
Livanın Baş naziri İsraillə müharibəyə hazırlıqla bağlı tapşırıq verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər