İsrailin Livandakı hücumunun əsas hədəfi Hizbullahın əməliyyat qrupunun komandiri olub - VİDEO - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

İsrailin Livandakı hücumunun əsas hədəfi Hizbullahın əməliyyat qrupunun komandiri olub - VİDEO - YENİLƏNİB-2


İsrailin Livandakı hücumunun əsas hədəfi Hizbullahın əməliyyat qrupunun komandiri İbrahim Akil olub.

Sizinxeber.az xəbər verir ki, Aqil Hizbullahın Livanın cənubundakı əsas hərbi komandiri və Fuad Şükrün öldürülməsindən sonra Nəsrullahın yeni 2 nömrəli komandiri olub.

İbrahim Aqil 1983-cü ildə Beyrutdakı ABŞ Səfirliyi və Dəniz Piyadaları Qərargahında törədilən partlayışlara görə Federal Təhqiqat Bürosu (FTB) tərəfindən axtarışa verilib və onun başına 7 milyon dollar mükafat qoyulub.

***

17:31

İsrailin Beyrutun cənubuna endirdiyi aviazərbə nəticəsində 5 nəfər ölüb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb.

***

17:23

İsrail ordusunun Beyruta endirdiyi aviazərbə nəticəsində Hizbullah lideri Həsən Nəsrullahın müavini Naim Qassemin hədəf alındığı bildirilir.

Sizinxeber.az xəbər verir ki, Livan mediasının məlumatına görə, aviazərbə "Hizbullahın qalası" kimi tanınan Dahiyə bölgəsinə endirilib.

İsrail qüvvələrinin hücumu F-35-lərlə həyata keçirdiyi qeyd olunub.

***

16:58

İsrail ordusu Livanın paytaxtı Beyrut şəhərinə zərbə endirib.

Sizinxeber.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb.

Oxşar xəbərlər

İsrailin raket zərbələri nəticəsində “Hizbullah” komandiri öldürülüb
KİV: "Hizbullah" qərargahını Beyrutdan köçürüb
İsrail "Hizbullah"ın Beyrutdakı strateji bölməsinin rəhbəri Fuad Şükrü məhv etdiyini açıqlayıb
İsrailin raket zərbələri nəticəsində “Hizbullah” lideri Həsən Nəsrullahın "sağ əli" öldürülüb
İsrailin Beyrutu bombardman etməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb - YENİLƏNİB 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər