Əfsanəvi futbolçu Zikonun Parisdə 497 min avro pulu oğurlanıb
sizinxeber.az xəbər saytı

Əfsanəvi futbolçu Zikonun Parisdə 497 min avro pulu oğurlanıb


Parisdə dünya çempionatının bürünc mükafatçısı Zikonun 497 min avroya yaxın pulu oğurlanıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.

Ziko Braziliya Olimpiya nümayəndə heyətinin tərkibində Parisə gəlib. Hadisə dünya çempionatının mükafatçısı taksidən düşərkən baş verib.

"O, naməlum şəxslər tərəfindən diqqətini yayındırıb və içərisində qızıl-zinət əşyaları və Rolex saatı olan çamadanı götürüb", - nəşr yazır.

Qeyd edək ki, 71 yaşlı Ziko 1978-ci il dünya çempionatının bürünc mükafatçısıdır. O, millinin heyətində 71 oyun keçirib və 48 qol vurub.

Ziko Yaponiya, İraq, Qətər, Hindistanda məşqçi kimi çalışıb, eyni zamanda Türkiyənin “Fənərbaxça”, Özbəkistan “Bunyodkor”, Rusiyanın ÇSKA və Yunanıstan “Olimpiakos”una rəhbərlik edib.

Oxşar xəbərlər

Basketbol üzrə Azərbaycan millisi İsveçrəyə məğlub olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: İran Rusiyanın Ukraynadakı müharibəsi üçün yeni PUA hazırlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
FİFA prezidenti: "Rövnəq Abdullayev 16 il Azərbaycan futboluna uğurla xidmət edib" [xfgiven_updateblue][/xfgiven_updateblue]
XI Qlobal Bakı Forumu başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Fənərbaxça" Yussuf En-Nesrini 19,5 milyon avroya transfer etdiyini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər