İndoneziyada Roma Papasına terror təhdidi ilə bağlı 7 nəfər həbs edilib
sizinxeber.az xəbər saytı

İndoneziyada Roma Papasına terror təhdidi ilə bağlı 7 nəfər həbs edilib


İndoneziyada Roma Papası Fransiskə qarşı terror təhdidi ilə bağlı 7 nəfər həbs edilib.

APA xəbər verir ki, bu barədə “CNA” məlumat yayıb.

İndoneziya polisi bildirib ki, bu həftə Asiya ölkəsinə səfəri zamanı Roma Papası Fransiskə qarşı internetdə “terror təhdidləri” edən 7 nəfər həbs edilib.

Qeyd edilib ki, şübhəlilər paytaxt Cakarta ətrafındakı şəhərlərdə və Qərbi Sumatra və Banqka Belitung əyalətlərində həbs edilib.

Onlar Cakartada Papanın ictimai toplantılarına bombalı hücumlarla hədələyən bəyanatlar yaymaqda və şəkilləri internetdə yerləşdirməkdə ittiham olunurlar.

Oxşar xəbərlər

Çeçenistandan olan 3 nəfər Belçikada terror aktı hazırlamaqda şübhəli bilinərək həbs edilib
Roma Papası Azərbaycan və Ermənistanı sülhə çağırıb
Məhkəmə İstanbulda törədilmiş terror aktı ilə bağlı 48 nəfəri həbs edib
İndoneziyada “Telegram” bağlana bilər
Ermənistan parlamentində törədilən terror aktının daha bir iştirakçısı ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər