Türkiyənin 7 vilayətində meşə yanğınları ilə bağlı 9 nəfər həbs edilib
sizinxeber.az xəbər saytı

Türkiyənin 7 vilayətində meşə yanğınları ilə bağlı 9 nəfər həbs edilib


12-17 avqust tarixləri arasında Türkiyənin 7 vilayətində baş verən meşə yanğınları ilə bağlı saxlanılan 22 nəfərdən 9-nun həbs edildiyi bildirilir.

Sizinxeber.az xəbər verir ki, bu barərə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib.

Ədliyyə naziri Yılmaz Tunç sosial media hesabında 12-17 avqust tarixləri arasında Aydın, Muğla, İzmir, Manisa, Tunceli, Bolu və Uşakda baş verən meşə yanğınları ilə bağlı Respublika Baş Prokurorluğu tərəfindən aparılan araşdırmalar barədə məlumat verib.

Meşə yanğınları ilə bağlı araşdırmaların çox incəliklə aparıldığını vurğulayan Tunç ümumilikdə 22 şübhəlinin saxlanıldığını, şübhəlilərdən 9-unun həbs edildiyini, 5-i barəsində məhkəmə nəzarəti ilə bağlı qərar çıxarıldığını, 1 nəfərin isə azad edildiyini bildirib. Tunç 7 şübhəli haqqında isə araşdırma aparıldığını bildirib.

Oxşar xəbərlər

Türkiyədə bütün meşə yanğınları nəzarət altına alınıb
Türkiyədə meşə yanğınlarına görə 6 nəfər saxlanılıb
Rusiyada 7 689 ha meşə yanır
Türkiyədə meşə yanğınları ilə bağlı 6 nəfər saxlanılıb, daha 3-ü axtarışa verilib
İzmirdə meşə yanğınları yaşayış məntəqələrinə çatıb - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər