İzmirdə meşə yanğınları yaşayış məntəqələrinə çatıb - VİDEO
sizinxeber.az xəbər saytı

İzmirdə meşə yanğınları yaşayış məntəqələrinə çatıb - VİDEO


Ötən axşamdan Türkiyənin İzmir və Manisa vilayətlərində meşə yanğınları başlayıb.

Sizinxeber.az-nın “TRT Haber”ə istinadən xəbərinə görə, alovun daha da genişlənməsinin qarşısını almaq üçün əraziyə personalının ümumi sayı 1000 nəfərə çatan yanğınsöndürmə briqadaları, xeyli sayda xüsusi texnika və helikopterlər cəlb edilib.

İzmirin valisi Süleyman Elban yanğınlar zamanı insan tələfatına yol verilməməsi üçün kəndlərdən birinin, eləcə də bir yaşayış məntəqəsində iki məhəllənin tamamilə boşaldıldığını bildirib.

O deyib ki, yerli əhali arasında tələfat qeydə alınmayıb. Vali yanğınla effektiv mübarizə üçün küləyin sürətinin səngiməsinin vacibliyinə toxunub. Məlumata əsasən, sürəti saatda 80 kilometrə çatan külək alovun ram edilməsinə imkan vermir.

Bolu, Manisa və Çanakkale bölgələri də meşə yanğınları ilə əhatələnib. Gecə boyunca davam edən yanğınsöndürmə işləri nəticəsində alovun geniş əraziyə yayılmasının qarşısı alınıb.

Türkiyənin əkinçilik və meşə təsərrüfatı naziri İbrahim Yumaklı Çanakkalenin Eceabat qəsəbəsindəki yanğınlar zamanı 700 hektar meşə sahəsinin yararsız hala düşdüyünü açıqlayıb.

Oxşar xəbərlər

Türkiyənin İzmir bölgəsində meşə yanğını baş verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə meşə yanğınları ilə mübarizədə Yunanıstana dəstək verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada 7 689 ha meşə yanır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə və Ermənistanın xüsusi nümayəndələri görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər