Türkiyədə meşə yanğınlarına görə 6 nəfər saxlanılıb
sizinxeber.az xəbər saytı

Türkiyədə meşə yanğınlarına görə 6 nəfər saxlanılıb




Türkiyənin ayrı-ayrı vilayətlərində baş verən meşə yanğınları ilə bağlı 6 nəfər saxlanılıb.

Sizinxeber.az “TRT haber”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı açıqlama verib.

O, bildirib ki, meşə yanğınları ilə bağlı İzmir Yamanlarda 3 nəfər, İzmir Ödəmişdə 2 nəfər, Boluda isə 4 nəfər saxlanılıb.

Xatırladaq ki, hazırda Türkiyənin İzmir, Aydın, Bolu, Muğla və Manisa vilayətlərində meşə yanğınları davam edir.

Əməliyyatlara havadan və qurudan müdaxilə olunur. Ümumilikdə 3 583 sakin təhlükəsiz ərazilərə təxliyə olunub.

Sizinxeber.az

Oxşar xəbərlər

Türkiyədə meşə yanğınları ilə bağlı 6 nəfər saxlanılıb, daha 3-ü axtarışa verilib
Türkiyədə meşə yanğınları baş verib, yüzlərlə insan... - VİDEO
Türkiyənin 5 vilayətində meşə yanğınları - Minlərlə adam təxliyə edildi - VİDEO
İzmirdəki meşə yanğınları davam edir - VİDEO
Türkiyənin bu rayonunda 5 hektar meşəlik ərazi yandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər