Ərdoğan Türkiyədə silah sahibliyinin məhdudlaşdırılacağını açıqlayıb
sizinxeber.az xəbər saytı

Ərdoğan Türkiyədə silah sahibliyinin məhdudlaşdırılacağını açıqlayıb


Türkiyə hakimiyyəti ölkədə odlu silah sahibliyini məhdudlaşdırmaq üçün əlavə hüquqi tədbirlər görəcək.

"TRT Haber"in məlumatına görə, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra bildirib.

Onun sözlərinə görə, məktəblərdə baş vermiş son silahlı insidentlərdən sonra təhlükəsizlik tədbirləri gücləndiriləcək və silah sahibləri üçün məsuliyyət artırılacaq.

Ərdoğan qeyd edib ki, Kahramanmaraş və Şanlıurfada baş vermiş hadisələr nəticəsində çoxsaylı insan həlak olub və yaralanıb.

Prezident əlavə edib ki, sosial şəbəkələrdə yayılan saxta məlumatlara qarşı mübarizə gücləndiriləcək, “virtual patrul” genişləndiriləcək və hüquq-mühafizə orqanlarının kibertəhlükəsizlik imkanları artırılacaq.

Oxşar xəbərlər

Türkiyədə silah almaq məhdudlaşdırılır
Ərdoğan: Bəşər Əsəd Suriyanı qoyub qaçdı
Ərdoğan elan etdi: Türkiyədə silah sahibi olmaq...
Ərdoğan: İsrail işğal etdiyi ərazilərdən geri çəkilmək məcburiyyətində qalacaq
Ərdoğan Ankarada baş vermiş terror aktı ilə bağlı təhlükəsizlik toplantısı keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər