İran XİN: Livanda atəşkəs ABŞ-la danışıqlarda vacib şərtlərdən biridir
Atəşkəs sazişində Livan müharibəsinin dayandırılması da vacib şərt idi. Lakin qarşı tərəf əvvəldən öhdəliyini pozdu.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bugünkü mətbuat konfransında deyib.
O, İranın Livan və Müqavimət Cəbhəsindəki dostlarına dəstəyini dayandırması ilə bağlı sualı cavablandırarkən İranın həmişə Livanı və “Hizbullah”ı dəstəklədiyini bildirib.
“Atəşkəs sazişində Livan müharibəsinin dayandırılması da əsas şərtlərdən biri kimi irəli sürülmüşdü. Pakistan vasitəçi kimi də buna açıq şəkildə toxunmuşdu. Bu məsələ İslamabadda ciddi şəkildə izlənilib və hələ də izlənilir. Hər hansı sazişin iki tərəfi var. Bir tərəf öhdəliyini pozarsa, digər tərəf də müvafiq şəkildə öz öhdəliklərini azaltmaq hüququna malikdir. İranın digər cəbhələrə biganə olması ilə bağlı yayılan iddialar tamamilə yalandır”, - diplomat vurğulayıb.
Haşim Rahimi
Oxşar xəbərlər
İran XİN: Tehran Livan xalqının müqavimət hüququnu dəstəkləyir
İsrail və Livan “Hizbullah”ın tərksilahında razılaşıb
“Hizbullah”: Livan fevralın 18-dək İsraili qoşunlarını çıxarmağa məcbur etməlidir
Hizbullah Livanda İsrailə qarşı aksiyaya çağırış edib
Vaşinqtonda İsrail və Livan arasında görüş başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
