Türkiyə parlamenti heyvanların mühafizəsi qanununa dəyişikliklər edib
Türkiyədə sahibsiz itlərlə bağlı qaydaların da yer aldığı heyvanların mühafizəsi qanununa dəyişikliklər edilməsi haqqında qanun qüvvəyə minib.
Sizinxeber.az xəbər verir ki, yeni qanuna uyğun olaraq sahibsiz küçə itləri toplanacaq, qayğı mərkəzinə aparılaraq orada qısırlaşdırılıb sahibləndiriləcəklər.
Bununla bağlı məsuliyyət bələdiyyələrin üzərinə düşəcək. Öhdəliklərini yerinə yetirməyən bələdiyyə məmurlarına 6 aydan 2 ilə qədər həbs cəzası veriləcək.
Sahib olduqları heyvanları tərk edənlər şəxsləri isə 2 min lirədən (102 AZN) 60 min lirəyə (3075 AZN) qədər cərimə gözləyir.
Qeyd edək ki, Türkiyədə küçə itlərinin artması nəticəsində son dövrlərdə tez-tez itlərin insanlara hücum etməsi halları yaşanmışdı. Məhz buna görə də heyvanların mühafizəsi ilə bağlı qanun parlamentdə müzakirəyə çıxarılmışdı.
Oxşar xəbərlər
Gürcüstanda "Xarici agentlər" qanunu bu gündən qüvvəyə minib
İrəvan Türkiyədə “3+3” formatında görüşdə iştirakla bağlı hələ qərar verməyib
Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın üzvlərinin sayı artıb
Qəbələdə güclü yağış bir neçə çayda selə səbəb olub
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













