Hakan Fidan: Türkiyə milli təhlükəsizlik məsələlərində güzəştə getməyəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin milli təhlükəsizlik məsələlərində heç bir güzəştə getməyəcəyini bildirib.
APA xəbər verir ki, nazir bu fikirləri İrandan buraxıldığı bildirilən və Türkiyə hava məkanında zərərsizləşdirilən raketlərlə bağlı insidentləri şərh edərkən səsləndirib.
“Bizim sülh və sabitliyin təmin olunması istiqamətində səmimi səylərimiz, göstərdiyimiz anlayış və konstruktiv yanaşma heç bir halda milli təhlükəsizlik məsələlərində güzəştə gedəcəyimiz anlamına gəlmir. Bildiyiniz kimi, dünən ölkəmizə doğru yönələn daha bir raket havada zərərsizləşdirildi”, – deyə Fidan bildirib.
Nazir əlavə edib ki, bu ciddi insidentlə bağlı Türkiyə tərəfi İranlı həmkarları ilə birbaşa təmasdadır.
Oxşar xəbərlər
Hakan Fidan: Qruplaşmalar Suriyanı bölməyə çalışsa, müdaxilə edəcəyik
Hakan Fidan: İsrailin Suriyada yürütdüyü siyasət böyük təxribatlara yol aça bilər
Hakan Fidan və Marko Rubio Cənubi Qafqazdakı mövcud vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
Hakan Fidan və Marko Rubio arasında görüş baş tutub
Hakan Fidan: Türkiyə hər sahədə Suriyaya dəstək verməyə hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
