HƏMAS İsmayıl Həniyyənin İsrailin hücumu nəticəsində öldürüldüyünü açıqlayıb  - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

HƏMAS İsmayıl Həniyyənin İsrailin hücumu nəticəsində öldürüldüyünü açıqlayıb - YENİLƏNİB


HƏMAS, hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyənin İsrailin hücumu nəticəsində öldürüldüyünü təsdiqləyib.

Sizinxeber.az xəbər verir ki, müvafiq bəyanat hərəkatın Telegram kanalında dərc olunub.

Qeyd olunur ki, Həniyyə İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra İsrail tərəfindən onun Tehrandakı iqamətgahına reyd olub.

Reyd nəticəsində İsmayıl Həniyyə və onun bir cangüdəni həlak olub.

***

07:22

İran dövlət televiziyası HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyənin Tehrandakı iqamətgahında sui-qəsd nəticəsində öldüyünü bildirib.

Sizinxeber.az xəbər verir ki, İran mətbuatında hadisə ilə bağlı təfərrüatların daha sonra açıqlanacağı qeyd edilib.

İran dövlət televiziyasının İran İnqilab Keşikçiləri Korpusunun bəyanatına əsaslanaraq verdiyi xəbərə görə HƏMAS lideri Tehrandakı iqamətgahında sui-qəsdə məruz qalıb.

Hücum zamanı Həniyyənin mühafizəçilərindən birinin də öldüyü bildirilir.

Oxşar xəbərlər

HƏMAS lideri İsmayıl Həniyyə Tehranda öldürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran Prezidenti: İsrailin Suriyadakı konsulluğumuza hücumu cavabsız qalmayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ-nin nüvə danışıqları üzrə baş diplomatı İran rəsmiləri ilə görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran və Suriya müdafiə nazirləri görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran: Livanın İsrailə cavab vermək hüququ var [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər