İran: Livanın İsrailə cavab vermək hüququ var
sizinxeber.az xəbər saytı

İran: Livanın İsrailə cavab vermək hüququ var


“Livan dövləti, ordusu və müqaviməti İsrail rejiminin bu hücumuna cavab vermək hüququna malikdir və regionda genişlənəcək müharibə və gərginliyə görə ABŞ və İsrail rejimi məsuliyyət daşıyır."

Sizinxeber.az xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

Kənani İsrailin Beyruta aviazərbələr endirməsinə münasibət bildirərkən sözügedən hücumun Livanın ərazi bütövlüyünü pozduğunu və Livanın ərazi bütövlüyünə yönəlmiş, həmçinin beynəlxalq hüquqa zidd olan bu hücumu pislədiklərini deyib.

Beynəlxalq ictimaiyyəti və BMT-ni İsrailin hücumları qarşısında məsuliyyəti öz üzərinə götürməyə çağıran Kənani, Livanın təhlükəsizliyi və sülhü üçün BMT-nin hərəkətə keçməsi və İsrailin hücumlarının qarşısını alması üçün çağırış edib.

Oxşar xəbərlər

İsrail Livana zərbə endirib, ölənlər və yaralananlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin müdafiə naziri: “2024-cü il “müharibə və qələbə ili” olacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna Çinin XİN başçısını Kiyevə dəvət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər