Livandakı duruzların lideri “Hizbullah”ı dəstəklədiyini bəyan edib
Livanın Mütərəqqi Sosialist Partiyasının sədri, duruz dağ icmasının siyasi lideri Valid Cumblat İsrailin planlarına qarşı çıxan müqavimət qüvvələrinə dəstək verdiyini açıqlayıb.
Sizinxeber.az TASS-a istinadən xəbər verir ki, Livandakı duruzuların lideri “Hizbullah”ı və onun İsrailə qarşı mübarizəsini dəstəklədiyini bəyan edib.
O, şənbə günü Colan təpələrində duruzların Məcdəl Şəms yaşayış məntəqəsindəki futbol meydançasına atılan raketin partlaması nəticəsində 12 uşağın həlak olduğu hadisəni şərh edərək yəhudi dövlətinin Yaxın Şərqdə vətəndaş qarşıdurmasını qızışdırmaq üçün təhlükəli planı olması barədə xəbərdarlıq edib.
İcma liderini “Hizbullah”ın Məcdəl Şəmsə raket hücumuna görə məsuliyyət daşımadığını bildirib. "Biz İsrailin hazırladığı bölünmə və iğtişaşların qızışdırılması planlarına qarşı birgə mübarizə aparmaq üçün onun tərəfindəki mövqeyimizi təsdiqləyirik”, - deyən Cumblatın sözlərini Əl-Nahar qəzeti dərc edib.
Cumblat həmçinin ölən uşaqların ailələrinə başsağlığı verərək İsrail işğalına qarşı mübarizə aparan Suriya Colan Təpələrinin sakinləri ilə həmrəylik nümayiş etdirib.
Oxşar xəbərlər
İsrail XİN: Məcdəl Şəmsin atəşə tutulması, dinc əhaliyə və uşaqlara zərər verilməsi bütün qırmızı xətləri keçir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu Colana hücumun “Hizbullah”a baha başa gələcəyini bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden: “İranın açıq təhdidləri qarşısında İsraili tam dəstəkləyirik” [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin müdafiə naziri: “2024-cü il “müharibə və qələbə ili” olacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Livandan atılan raketin partlaması nəticəsində ölənlərin sayı 10-a çatıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












