Hindistanda torpaq sürüşməsində 93 nəfər həlak olub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Hindistanda torpaq sürüşməsində 93 nəfər həlak olub - YENİLƏNİB


Hindistanın cənubundakı Kerala ştatında leysan yağışlar nəticəsində meydana gələn torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 93-ə çatıb.


Sizinxeber.az BBC-yə istinadən xəbər verir ki, yerli xəstəxanalarda ən azı 129 yaralıya tibbi yardım göstərilir və indiyədək təxminən 250 nəfər xilas edilərək xilasetmə düşərgələrinə köçürülüb.
Ştat rəsmiləri bildirib ki, xilasetmə əməliyyatları davam edir, lakin leysan yağışları və körpünün uçması prosesin sürətli aparılmasına mane olur.
"Vəziyyət çox ağır olaraq qalır. İtkilər arta bilər", - ştatın yüksək səviyyəli rəsmis yerli mediaya deyib.


Rəsmilər axtarış və xilasetmə işlərində təhlükəsizlik qüvvələrinə kömək etmək üçün 200-dən çox hərbçinin prosesə cəlb olunduğunu bəyan edib.

***

11:19

Hindistanda torpaq sürüşməsi nəticəsində ən azı 41 nəfər həlak olub, çox sayda yaralı var

Sizinxeber.az "The Express Tribune" saytına istinadən xəbər verir ki, torpaq sürüşməsi Hindistanın cənubundakı Kerala ştatında baş verib.

Yerli medianın məlumatına görə, bölgədə əsas körpünün dağılmasından sonra xilasetmə əməliyyatlarında çətinlik yaranıb.

Ştatın səhiyyə naziri Veena Corc 70-dən çox insanın yaralandığını bildirib.

"Indian Express" qəzetinin yazdığına görə, çox sayda adamın Çaliyar çayında batdığı ehtimal olunur.
Qeyd edək ki, Kerala güclü yağış və daşqınlara meyllidir, 2018-ci ildə bu ştatda daşqınlar zamanı 400-ə yaxın insan həlak olub.

Oxşar xəbərlər

Hindistanda torpaq sürüşməsində azı 41 nəfər həlak olub
Efiopiyada torpaq sürüşməsi 55 nəfərin həyatına son qoyub
Ukrayna Çinin XİN başçısını Kiyevə dəvət edib
İsrail Livana zərbə endirib, ölənlər və yaralananlar var
Bakıda liftdə qalmış 9 nəfər xilas edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər