İstanbul danışıqlarında Putin və Zelenskinin harada görüşə biləcəyi məsələsi müzakirə olunub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
iy
2025
23:50
0
0
1 279

İstanbul danışıqlarında Putin və Zelenskinin harada görüşə biləcəyi məsələsi müzakirə olunub

25 iy, 2025
23:50
1 279

İstanbul danışıqlarında Putin və Zelenskinin harada görüşə biləcəyi məsələsi müzakirə olunub

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında baş tutan son danışıqlarda iki ölkə liderinin – Vladimir Putin və Volodimir Zelenskinin hansı şəraitdə və harada görüşə biləcəyi məsələsi müzakirə olunub.

Sizinxeber.az-nın İstanbul müxbirinin məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan NTV kanalına müsahibəsində danışıb.

Nazir bildirib ki, Rusiya və Ukrayna prezidentlərinin Türkiyədə görüşməsi prinsipial olaraq razılaşdırılıb:

“Danışıqlar aparan heyətlərin üzərinə böyük məsuliyyət düşür. Bu məsələ müzakirə olunduqca, qarşılıqlı görüş istəyi daha aydın görünür. Əgər bu şəkildə davam etsək, aralıq bir həll yolunun tapılacağına inanıram. Hələ də tərəflərin açmadığı kartlar var. Biz isə lazımi mühiti yaratmağa çalışırıq”, – deyə Fidan vurğulayıb.

Bizimlə əlaqə saxlayın