Türkiyə Prezidenti Əhməd əl Şaraa ilə İsrailin hücumlarını müzakirə edib
sizinxeber.az xəbər saytı

Türkiyə Prezidenti Əhməd əl Şaraa ilə İsrailin hücumlarını müzakirə edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Əhməd əl Şaraa ilə telefon danışığı aparıb.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı İsrailin hücumlarından sonra Suriyadakı son vəziyyət müzakirə edilib.

Ərdoğan İsrailin Suriyaya hücumlarının qəbuledilməz olduğunu və İsrailin hücumlarının bütün bölgə üçün təhlükə yaratdığını bildirib.

Türkiyə Prezidenti Suriyada druzlarla əldə edilən atəşkəsin Türkiyə tərəfindən müsbət qarşılandığını bildirib.

Danışıq zamanı Suriya Prezidenti əl Şaraa Suriyada siyasi birliyin qorunub saxlanılması, ərazi bütövlüyünün təmin edilməsi və suverenliyin qorunmasında göstərdiyi dəstəyə görə Türkiyə dövlət başçısına minnətdarlığını bildirib.

Oxşar xəbərlər

Ərdoğan və Şahbaz Şərif arasında telefon danışığı baş tutub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əhməd əl Şaraa: Suriya Türkiyə ilə münasibətlərin dərin strateji tərəfdaşlığa çevrilməsinə önəm verir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə Prezidenti Ursula fon der Leyen ilə Suriyadakı vəziyyəti müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan Məhəmməd bin Salmanla İran-israil qarşıdurmasını müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan Ursula fon der Leyen ilə Suriyadakı vəziyyəti müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər