Kamala Harris Trampla səs fərqini 1 %-ə endirib
ABŞ-da keçirilən bir sorğuda Demokrat prezident Co Baydendən estafeti təhvil alan vitse-prezident Kamala Harrisin respublikaçı rəqibi Donald Trampla arasındakı səs fərqini 1 %-ə endirdiyi bildirilir.
Sizinxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Trampın səs nisbəti 48 faizə yüksəlsə də, Harris 47 faizlə onu izləyib.
Bununla da ABŞ-da Co Baydenin yarışdan geri çəkilməsindən sonra namizədliyi irəli sürülən Kamala Harris noyabrın 5-də keçiriləcək seçkilər öncəsi Donald Trampla aralarındakı səs fərqini 1 %-ə endirmiş olub.
22-24 iyul tarixləri arasında 1142 nəfər arasında aparılan sorğuda 5 noyabrda keçiriləcək prezident seçkilərində Trampa səs verəcəklərini deyənlər 48 % olduğu halda, Harrisə səs verəcəklərini deyənlər sadəcə 1 % geridə qalaraq 47 % təşkil edib.
İyunun 27-də Bayden və Tramp arasında canlı yayımda keçirilən seçki debatından sonra aparılan eyni sorğuda Bayden Trampdan 6 % səslə geri qalırdı.
Siyasi şərhçilər Harrisin bir həftədən az bir vaxt ərzində rəqibi Trampla fərqi 1 faizə salmasını indiki mərhələdə uğur hesab edirlər.
Oxşar xəbərlər
Harris Trampla debata çıxmağa hazır olduğunu deyib
Kamala Harris Trampa qarşı mübarizə aparmağa hazır olduğunu açıqlayıb
Bayden amerikalıları prezident seçkilərində Harrisi dəstəkləməyə çağırıb
Tramp Baydenin prezidentlik yarışından geri çəkilməsinə münasibət bildirib
Bayden yarışı tərk etdikdən sonra Harris 27,5 milyon dollar ianə toplayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













