sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Tramp: Qarşıdakı bir neçə gün Ukrayna ilə bağlı danışıqlar baxımından son dərəcə önəmli olacaq
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, qarşıdakı günlər Ukraynada vəziyyətin tənzimlənməsi ilə bağlı aparılan danışıqlar baxımından son dərəcə önəmli olacaq.
APA xəbər verir ki, amerikalı lider bu fikirləri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
“Biz bu müharibəni başa çatdırmaq istəyirik. Tez bir zamanda. Hesab edirəm ki, bu istiqamətdə ciddi irəliləyiş əldə olunub. Qarşıdakı günlər çox vacib olacaq – görüşlər artıq başlayıb və nə baş verəcəyini görəcəyik”, – deyə Tramp bildirib.
O, həmçinin əmin olduğunu bildirib ki, yaxın zamanlarda həm Moskva, həm də Kiyev tərəfindən qəbul olunacaq sülh razılaşmasının əldə edilməsi mümkündür.
Oxşar xəbərlər
Tramp Tehranın nüvə proqramına görə İrana hücum etməyə tələsmədiyini bəyan edib
Tramp: Vaşinqton və Kiyev arasında faydalı qazıntılarla bağlı saziş aprelin 24-də imzalanacaq
Tramp: Gömrük rüsumları ABŞ-a gündəlik 2 milyard dollar qazandırır
Tramp: Bir neçə gündə Moskva və Kiyevlə münaqişənin həllində irəliləyiş əldə etmişik
Tramp: Rusiya atəşkəs təklifinə bu həftə cavab verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













