Dominikanda gecə klubunda ölənlərin sayı 226-ya çatıb - YENİLƏNİB
Dominikan Respublikasında əyləncə məkanının çökməsi nəticəsində ölənlərin sayı artır.
Sizinxeber.az xəbər verir ki, bu barədə Respublikanın Fövqəladə Hallar Mərkəzindən məlumat yayılıb.
Dominikan Respublikasında yerləşən "Jet Set" adlı əyləncə məkanının damını çökməsi nəticəsində həyatını itirənlərin sayı 226-ya çatıb. Paytaxt Santo Dominqoda baş verən bu faciə ilə bağlı axtarış-xilasetmə işləri davam edir.
Yaralıların sayı və xilasetmə tədbirləri
Rəsmilər bildiriblər ki, hadisə nəticəsində 189 nəfər yaralanıb. Dominikan Respublikasının Fövqəladə Hallar Əməliyyat Mərkəzinin məlumatına görə, axtarış-xilasetmə işlərinə və ailələrə psixoloji dəstək göstərilməsi üçün 4 580 nəfər cəlb olunub.
***
10 aprel, saat 16:59
Dominikan Respublikasının paytaxtı Santo Dominqoda gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 218-ə çatıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Qeyd edək ki, Dominikan Respublikasının ən məşhur gecə klublarından biri olan "Jet Setin" damı çərşənbə axşamı konsert zamanı uçub.
Oxşar xəbərlər
Dominikanda gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 200-ü ötüb - YENİLƏNİB
Dominikanda gecə klubunun tavanının çökməsi nəticəsində ölənlərin sayı 98-ə çatıb - YENİLƏNİB-2
Dominikanda gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 184-ə çatıb
Dominikanda gecə klubunun tavanının çökməsi nəticəsində ölənlərin sayı 79-a çatıb - YENİLƏNİB-1
Dominikanda gecə klubununм tavanının çökməsi nəticəsində ölənlərin sayı 58-ə çatıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













