Buenos-Ayresin mərkəzində genişmiqyaslı etiraz aksiyası keçirilib
Argentinanın paytaxtı Buenos-Ayresin mərkəzində genişmiqyaslı etiraz aksiyası keçirilib.
Sizinxeber.az xəbər verir ki, aksiya iştirakçıları təqaüdçülərin müdafiəsi və onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, həmçinin polisin və Təhlükəsizlik Nazirliyinin aksiya iştirakçılarına qarşı hərəkətlərinə qarşı çıxış ediblər.
Toplananlar arasında çoxlu sayda yaşlı insanın olduğu bildirilir. Onlarla yanaşı müxtəlif həmkarlar ittifaqlarının nümayəndələri və gənclər də onlara dəstək olublar.
Budəfəki aksiya əvvəlkindən fərqli olaraq dinc şəraitdə, lakin təhlükəsizlik tədbirləri gücləndirilməklə keçirilib.
Səhər saatlarında polis konqresə yaxınlaşan yolları, yaxınlıqdakı küçələri bağlayıb və nəqliyyatın hərəkətini məhdudlaşdırıb.
Oxşar xəbərlər
Argentinanın paytaxtında Mileyin siyasətinə qarşı etiraz aksiyası keçirilir
Argentinada polis etiraz edən təqaüdçüləri həbs edib
Tbilisidə yenidən etiraz aksiyaları başlayıb
Tbilisidə etiraz aksiyası bərpa edilib - FOTO - VİDEO
Gürcüstanda "Gürcüstan Avropanı seçir" adlı genişmiqyaslı mitinq keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













