Tramp martın 4-də Konqresə ilk müraciətini edəcək
Martın 4-də ABŞ Prezidenti Donald Tramp ikinci dəfə bu vəzifəyə seçildikdən sonra Konqresə ilk müraciətini edəcək.
Sizinxeber.az “Associated Press”ə xəbər verir ki, analitiklər sözügedən müraciətində onun əsas prioritetrlərini açıqlayacağı qənaətindədirlər.
Tədbirdə ABŞ Dövlət Departamentinin və Ali Məhkəmənin nümayəndələri iştirak edəcək.
Müraciət rəsmi olaraq “Ölkənin vəziyyəti haqqında” adlanır və yeni seçilmiş dövlət başçısının bir il ərzində gördüyü işlərə yekun vurmaq məqsədi daşıyır.
Analitiklər deyir ki, adətən dövlət başçıları Konqresdəki ilk çıxışını qanunvericilik təşəbbüslərinə həsr edir.
Qeyd edək ki, bir qədər əvvəl "Truth Social" platformasında Ağ Evin rəhbəri "Sabah böyük gecə olacaq" - məzmunlu paylaşım edib.
Oxşar xəbərlər
Tramp “Fox News”un jurnalistini Dövlət Departamentinin mətbuat xidmətinə rəhbər təyin edəcək
Tramp: Sabah böyük gecə olacaq
Tramp: Demokratlar millətimizi iflasa uğratdılar, ABŞ xaos içindədir
Tramp Kennedi və Martin Lüter Kinqin qətlinə dair sənədlərin ictimailəşdirilməsinə qərar verib
Ağ Ev: Putin və Tramp arasında görüş hələ ki, planlaşdırılmayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













