Blinken: Suriya terrorçuların bazasına çevrilməməlidir
ABŞ dövlət katibi Entoni Blinken Suriyaya humanitar yardımın çatdırılmasını asanlaşdırmaqla yanaşı, ölkənin terrorçuların tramplininə çevrilməsinin qarşısını almağın da zəruri olduğunu hesab edir.
APA xəbər verir ki, o, bu mövqeyini İordaniya, Qətər və BƏƏ-nin XİN rəhbərləri ilə ilə telefon danışıqları zamanı açıqlayıb.
Blinken ölkənin terrorçular üçün baza və ya Suriyanın qonşu ölkələr üçün təhdid halına gəlməsinin qarşısının alınması lazım olduğunu deyib.
Dövlət katibi həmçinin ölkədə kimyəvi silah ehtiyatlarının təhlükəsizliyinin təmin edilməsi və məhv edilməsinin zəruriliyini vurğulayıb.
Bundan başqa o qeyd edib ki, Suriyadakı bütün silahlı müxalif qruplar siyasi prosesdə iştirak edə bilməlidirlər.
Oxşar xəbərlər
Blinken Azərbaycanla Ermənistan arasında sülh sazişi yolunda irəliləyişi yüksək qiymətləndirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatıb
