sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bayden Notr-Dam kilsəsinin açılış mərasimində iştirakdan imtina edib
ABŞ-nin hazırkı prezidenti Co Bayden Fransadakı Notr-Dam kilsəsinin açılış mərasimində iştirakdan imtina edib.
Sizinxeber.az xəbər verir ki, bu barədə dekabrın 6-da Ağ Evin mətbuat katibi Karine Jan-Pyer məlumat verib.
Prezidenrt açılış mərasiminə öz yerinə həyat yoldaşı Cill Baydeni göndərib.
“Birinci xanım İtaliya, BƏƏ və Qətərin daxil olduğu geniş səfərinin bir hissəsi olaraq tədbirdə iştirak edəcək. Beləliklə, o, administrasiyanı təmsil edəcək. Onların hər ikisi Notr Damın açılışı üçün ora dəvət olunmuşdu”, - deyə Ağ Ev rəsmisi bildirib.
Baydenin bu qərarının onun proqramında görüləcək işlərinin çoxluğu ilə bağlı olduğu bildirilir.
Oxşar xəbərlər
Tramp Notr-Dam kilsəsinin bərpadan sonra açılışı üçün Parisə gedəcək
Slovakiya baş nazirinin müavini Olimpiadanın bağlanış mərasiminə getməkdən imtina edib
Kimin seçilməsindən asılı olmayaraq Bayden andiçmə mərasimində iştirak edəcək
Ağ Ev: Prezidentlik yarışından çıxmaq qərarı vermək Bayden üçün çətin idi
Azərbaycan XİN: Fransalı nazirin COP29-da iştirakdan imtina etməsi qeyri-konstruktiv yanaşmadır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













