Sallivan: Çinlə müharibə ABŞ-ın silah-sursat ehtiyatının tez bir zamanda tükənməsinə gətirib çıxaracaq
“Çinlə irimiqyaslı müharibə olarsa, ABŞ-ın silah ehtiyatı tez tükənəcək”.
APA xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.
“Allah eləməsin ki, Çinlə müharibə vəziyyətində olaq. Çin kimi bir ölkə və bir ordu ilə istənilən müharibə ABŞ-ın silah-sursat ehtiyatlarının tez bir zamanda tükənməsinə gətirib çıxaracaq”, - deyə o qeyd edib.
Sallivan vurğulayıb ki, Birləşmiş Ştatlar son 3 ilin hadisələrindən dərs çıxarmalı və müdafiə sənayesini hazırlamalıdır.
Onun sözlərinə görə, burada əsas məqam hərbi əməliyyatlar zamanı istehsalın bərpa olunması və artırılmasını təmin edəcək müdafiə sənayesinin yaradılmasıdır.
Qeyd edək ki, ABŞ-ın Tayvana silah satması ilə əlaqədar Vaşinqtonla Pekin arasında gərginlik yaranıb.
Cin Xarici İşlər Nazirliyindən bildirilib ki, Birləşmiş Ştatların Tayvana silah satması Çin-Amerika münasibətlərinə zərbə vurur, habelə sülhə təhdid yaradır.
Çin tərəfi bununla bağlı ABŞ-a kəskin etirazını bildirib.
Oxşar xəbərlər
Sallivan: Ukraynaya nüvə silahının verilməsi planlaşdırılmır
Müharibə başlayandan bəri ABŞ-dən İsrailə silah daşıyan 500 təyyarə reysi baş tutub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
