Konqresmenlər Zelenskinin ABŞ-da hərbi zavoda səfərinin araşdırılmasını tələb edib
Bir qrup ABŞ konqresmeni Ukrayna prezidenti Vladimir Zelenskinin Pensilvaniyadakı sursat zavoduna səfərinin araşdırılmasını tələb edib.
APA xəbər verir ki, “RİA Novosti” bu barədə ABŞ Konqresinin 9 üzvünün məktubuna istinadən xəbər verib.
ABŞ Ədliyyə Nazirliyinin baş müfəttişinə məktub yazan siyasətçilər Zelenskinin Pensilvaniyaya səfəri nəticəsində ABŞ qanunlarının mümkün pozulması ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Müraciət müəllifləri həmçinin qeyd ediblər ki, Ukrayna prezidentinin səfəri siyasi motivli ola bilər. Xüsusilə, prezident seçkiləri ərəfəsində onu Pensilvaniya ştatının qubernatoru Coş Şapironun da daxil olduğu yüksək rütbəli Demokrat məmurların müşayiət etməsi yerli qanunların pozulması ola bilər.
Bundan əlavə, Zelenski çox güman ki, Pensilvaniyaya ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-17 hərbi təyyarəsi ilə gəlib və onun təhlükəsizliyi Məxfi Xidmət tərəfindən təmin edilib.
Şikayətçi konqresmenlər bütün bunların ABŞ-ın siyasi məqsədlər üçün xərclənən vergi ödəyicilərinin vəsaitləri hesabına ödənildiyini qeyd edib.
Oxşar xəbərlər
İrlandiyanın Baş naziri Ukraynada rəsmi səfərdədir
KİV: Zelenski ABŞ-yə səfər edərək Pensilvaniyadakı mərvi zavoduna gedəcək
Hollandiya Ukraynaya 88 milyon avro ayırıb
Zelenski: Ukraynanın Qələbə Planı müttəfiqlərin sürətli qərarlarından asılıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
