Tramp miqrantların ABŞ-ı zəhərlədiyini deyib
Amerika Birləşmiş Ştatları indiki administrasiya dövründə daha da pisləşən miqrasiya böhranı ilə üzləşib.
Sizinxeber.az xəbər verir ki, bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.
“İndi bizim əsas problemimiz ABŞ hakimiyyətinin ölkəyə buraxıldığı 21 milyon insandır. Onlar ölkəmizi zəhərləyiblər. Onlar bura həbsxanalardan, psixiatriya xəstəxanalarından gəlirlər. Onların arasında terrorçular da var. Bu, bizim heç vaxt qarşılaşmadığımız ən çətin problemimizdir.”, - deyə o, Pensilvaniya ştatının Harrisburq şəhərində seçicilərlə görüşü zamanı deyib.
Qeyd edək ki, miqrasiya böhranı ABŞ-da cari seçki kampaniyasının əsas məsələlərindən birinə çevrilib. Respublikaçılar faktiki olaraq demokratları böhranın kəskin eskalasiyasında günahlandırırlar.
Tramp dəfələrlə söz verib ki, seçkidə qalib gəlsə, ABŞ tarixində ən böyük miqrant deportasiyasını təşkil edəcək.
Oxşar xəbərlər
Vens 1 milyon miqrantın ABŞ-dan deportasiya edilməsini təklif edib
Arizonada Trampı öldürməklə hədələyən şəxs saxlanılıb
Tramp vəzifəyə gəldiyi ilk gündə Qəzzada münaqişəni həll edəcəyinə söz verib
Tramp Harrisi ABŞ-a 20 milyon qanunsuz miqrant gətirməkdə ittiham edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
