ABŞ Rusiyaya aid 400-dən çox biznes subyektinə sanksiya tətbiq edib
ABŞ-nin Maliyyə Nazirliyi Rusiyanın müdafiə naziri Andrey Belousovun oğlu Pavel Belousov da daxil olmaqla, bu ölkəyə aid 400-dən çox şirkət və fiziki şəxsə sanksiya tətbiq edib.
Sizinxeber.az xəbər verir ki, bu barədə məlumat sözü gedən qurumun internet səhifəsində yerləşdirilib.
Məhdudiyyətlərin qeyd olunduğu siyahıda sanksiyaların tətbiq olunduğu subyektlərlə əməkdaşlıq edən Avropa, Asiya və Yaxın Şərq regionunda yerləşən kommersiya qurumları da var.
Budəfəki sanksiyalar Rusiya tərəfinin maliyyə texnologiyaları, IT sektoru, metallurgiya, faydalı qazıntı hasilatı və emalı, aviasiya, müdafiə sənayesi, atom enerjisi, o cümlədən pilotsuz uçuş aparatlarının istehsalı sahələrində fəaliyyət göstərən şirkətlərini əhatə edir.
Onların arasında “Rosatom” da var. Belə ki, sözü gedən korporasiyaya texnoloji avadanlıq və vasitələrin ixracı qadağan olunur.
Xatırladaq ki, məhdudiyyət tətbiq olunan biznes subyektlərinin siyahısına Rusiya ilə bu və ya digər şəkildə əməkdaşlıq edən bir sıra ölkələrdə qeydiyyatdan keçmiş şirkətlər də daxil edilib.
Oxşar xəbərlər
KİV: Aİ Rusiyaya qarşı 13-cü sanksiya paketini təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya XİN: Qərb Rusiyaya qarşı 20 minə yaxın sanksiya tətbiq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya iki türk ölkəsinə sanksiya tətbiq etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birləşmiş Ştatlar Türkiyə, İran və Almaniya şirkətlərinə sanksiyalar tətbiq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











