BMT-nin baş katibi Qəzza zolağında məktəbə olan hücumu pisləyib
sizinxeber.az xəbər saytı

BMT-nin baş katibi Qəzza zolağında məktəbə olan hücumu pisləyib


BMT-nin baş katibi Antonio Quterreş İsrailin Qəzza zolağında onlarla insanın ölümü ilə nəticələnən əl-Tabiyin məktəbinə endirdiyi zərbəni pisləyib.

Sizinxeber.az xəbər verir ki, bunu jurnalistlər üçün brifinqdə Quterreşin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.

“Baş katib, qadın və uşaqlar da daxil olmaqla Qəzzada davam edən insan tələfatını pisləyir. Biz İsrailin yüzlərlə fələstinli ailənin sığınacağı olan Qəzzadakı əl-Tabiyin məktəbinə növbəti dağıdıcı zərbəsini gördük”, – deyə BMT rəsmisi bildirib.

Quterreş, həmçinin mülki şəxslərin təhlükəsizliyinin və anklava maneəsiz humanitar girişin təmin edilməsinin vacibliyini vurğulayıb.

Oxşar xəbərlər

Əlcəzair BMT TŞ-yə Qəzzada məktəbə zərbə endirilməsi ilə əlaqədar iclas keçirməklə bağlı tələb göndərib
Əlcəzair İsrailin Qəzzada məktəbə hücumu ilə bağlı BMT TŞ-nin iclasının çağırılmasını istəyib
"Hizbullah" İsrailin Yuxarı Qaliley bölgəsindəki yaşayış məntəqələrinə onlarla raket atıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər