sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ağ Ev: Rusiya 50 gün ərzində razılaşmaya getməsə, ABŞ sanksiyalar tətbiq edəcək
Rəsmi Moskva 50 gün ərzində Ukrayna ilə bağlı atəşkəsə razılaşmazsa və ya siyasi razılıq əldə olunmazsa, ABŞ administrasiyası Rusiyaya qarşı yeni ticarət rüsumları və sanksiyalar tətbiq edəcək.
Sizinxeber.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit brifinqdə bildirib.
“Əgər bu müddət ərzində Rusiya danışıqlara getməzsə, onunla neft ticarəti aparan ölkələrə qarşı da sanksiyalar qüvvəyə minəcək. Bu isə, təbii ki, Rusiya iqtisadiyyatına ciddi zərbə olacaq”, – deyə Levit vurğulayıb.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bu müharibənin diplomatik yolla başa çatmasını istəyir.
Oxşar xəbərlər
Tramp: 50 gün ərzində razılıq əldə olunmasa, Rusiyaya tariflər və sanksiyalar tətbiq ediləcək
Vaşinqton Rusiya ilə ticarət əlaqəsi olan ölkələrə qarşı sanksiyalar tətbiq edə bilər
Tramp: Zərurət yaranarsa, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
Tramp Baydenin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları bir il müddətinə uzadıb
ABŞ Rusiya ilə əməkdaşlığa görə İrana qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













