İtalyan mafiya başçısı Kolumbiyada saxlanılıb
Kolumbiyanın paytaxtı Boqotada beynəlxalq əməliyyat nəticəsində Latın Amerikasında fəaliyyət göstərən məşhur italyan mafiyası "Ndrangheta"nın lideri Cüzeppe Palermon (Pepo) həbs edilib.
Sizinxeber.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Qustavo Petro "X" sosial şəbəkəsində məlumat verib.
Dövlət başçısı əməliyyatın Böyük Britaniya, İtaliya və Avropolun əməkdaşlığı ilə həyata keçirildiyini qeyd edib. O, Palermonun 196 ölkədə axtarıldığını və onun əsasən Kolumbiya, Ekvador və Peru kimi ölkələrdən narkotik maddələri Avropaya daşımaqla məşğul olduğunu bildirib.
Palermonun yanında daha 21 nəfər mütəşəkkil cinayətkar da həbs edilib. Bu əməliyyat beynəlxalq hüquq-mühafizə orqanlarının narkotik ticarətinə qarşı apardığı mübarizənin daha bir uğurlu addımıdır.
Oxşar xəbərlər
Kolumbiyada fövqəladə vəziyyət elan edilib
Britaniya köhnəlmiş Hawk təyyarələrini italyan istehsalı olan M-346 ilə əvəz etməyi planlaşdırır.
“Ghost” kibercinayətkarlıq platforması dağıdılıb, 51 nəfər həbs edilib
Türkiyədə silahlı dəstəyə qarşı əməliyyat keçirilib, 12 nəfər tutulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
“Zərbə endirəcəyik, qarşısını ala bilməyəcəklər” - Tramp
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Tramp: ABŞ tezliklə İranın Natanzdakı nüvə obyektini bombalaya bilər
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
