"Carnegie Politika": ABŞ Zəngəzur dəhlizinə nəzarəti amerikalı şirkətə həvalə olunmasını təklif edir
Donald Tramp administrasiyası qlobal münaqişələrin həllində fəallığını nümayiş etdirmək məqsədilə yeni plan irəli sürüb.
Sizinxeber.az xəbər verir ki, bu barədə "Carnegie Politika" məlumat yayıb.
Bu plana əsasən, Zəngəzur dəhlizi vasitəsilə yük daşımalarına nəzarət və idarəetmə amerikalı şirkətə həvalə edilməlidir.
Bu yanaşma Rusiya Federasiyasının prosesdən və dəhlizin həyata keçirilməsindən tamamilə kənarda qalmasını nəzərdə tutur.
Bununla belə, plan həm Azərbaycanın uzunmüddətli təhlükəsizlik təminatları ilə bağlı tələblərini qarşılayır, həm də Ermənistanın dəhliz üzərində suverenliyini qoruyub saxlayır.
Qeyd edilir ki, Vaşinqtonda bu təşəbbüsə ehtiyatlı nikbinliklə yanaşılır.
Oxşar xəbərlər
Zelenski: Ukrayna və ABŞ silah təchizatı ilə bağlı detalları dəqiqləşdirir
Türkiyəli ekspert: Zəngəzur dəhlizi onun açılmasından narahat olanların belə faydalana biləcəyi layihədir - ŞƏRH
Sinqapur şirkəti: Orta dəhlizi "yaşıl yol"a çevirmək istəyirik
İsrail Qəzzada atəşkəs üçün yeni plan təklif edib
Paşinyan Zəngəzur dəhlizinə Rusiya FTX-yə verilə biləcəyini istisna etməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













