Şövkət Mirziyayev Makronla görüşdü
Özbəkistanda səfərdə olan Fransa Prezidenti Emmanuel Makron Prezidenti Şövkət Mirziyayevlə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin məlumatında qeyd olunub.
“Görüşün əvvəlində dövlət başçısı son 30 illik qarşılıqlı fəaliyyət dövründə Fransa prezidentinin Özbəkistana ilk səfərinin tarixi əhəmiyyətini xüsusi qeyd edib”, - məlumatda qeyd olunub.
Bildirilib ki, görüş zamanı prezidentlər Özbəkistan-Fransa əməkdaşlığının inkişafı məsələlərini müzakirə ediblər, əlaqələrin bütün sahələrdə dinamik inkişaf etdiyini vurğulayıblar və ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırmaq barədə razılığa gəliblər:
“Daşkənd şəhərində Özbək-Fransız Universitetinin yaradılmasının sürətləndirilməsi və fransız dili müəllimlərinin hazırlanması sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub”.
Qeyd edək ki, Emmanuel Makron bundan öncə Qazaxıstanda səfərdə olmuşdu.
Oxşar xəbərlər
Makron bu türk ölkələrinə səfərə gedir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Makron Putinin gələn il Fransaya dəvət oluna biləcəyini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Makron Hindistana səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Makron: “Azərbaycana qarşı sanksiyalar əhəmiyyətsiz olacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Monteneqro XİN başçıları regional məsələləri müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












