Makron Putinin gələn il Fransaya dəvət oluna biləcəyini açıqlayıb
Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinin 2024-cü ildə ölkəyə dəvət oluna biləcəyini istisna etmir.
Sizinxeber.az xəbər verir ki, bu barədə Makron "France 5" telekanalına müsahibəsində deyib.
O bildirib ki, dəvət yalnız Ukrayna üzrə sülh danışıqları aparıldığı halda baş tuta bilər.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinlə dialoqu bərpa etməyə hazır olduğunu bildirib. O, bu barədə Avropa İttifaqı sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.
Ötən gün Putin Makronla münasibətindən danışıb. O, Fransa tərəfinin buna maraq göstərəcəyi təqdirdə Rusiyanın Fransa ilə ən yüksək səviyyədə təmasları bərpa etməyə hazır olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Çin Rusiya aviaşirkətinin reyslərini qəbul etməkdən imtina edib
Borrell: "Aİ ölkələri ABŞ-nin Qırmızı dənizdəki əməliyyatına qoşulacaq"
Blinken: “İsveç tezliklə NATO-ya üzv olacaq”
Argentinanın paytaxtında Mileyin siyasətinə qarşı etiraz aksiyası keçirilir
Ərdoğan Əbdülfəttah əs-Sisi ilə Qəzzaya humanitar yardım məsələsini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













