sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Rusiya və Ukraynadan gələn gəmilər toqquşdu
Mərmərə dənizində taxıl daşıyan iki yük gəmisi toqquşub.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Təhlükəsizlik Xidməti məlumat yayıb.
“Ukraynanın İzmail limanından Valensiyaya üzən, göyərtəsində buğda olan 122 metrlik “Haje Halimeh” gəmisi Mərmərə dənizində Rusiyanın “Qafqaz” limanından İsrailin Aşdod şəhərinə taxıl daşıyan 169 metr uzunluğundakı “Asomatos” gəmisi ilə toqquşub”, - məlumatda qeyd olunub.
Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb, ekoloji ziyan qeydə alınmayıb.
“Haje Halimeh” gəmisinin göyətrəsinin bir hissəsinin dağıldığı bildirilir.
Gəmilərdən biri Komor adaları, digəri isə Panama bayrağı altında üzür.
Oxşar xəbərlər
ABŞ-nin gəmisi Qırmızı dənizdə husilərin iki raketini vurub
Hindistanda qatarlar toqquşdu: ölənlər var
Azərbaycanlı milyarderin bazarı yanır: xəsarət alan var
Ağstafada qəza olub, xəsarət alanlar var
Xəzər dənizində zəlzələ olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













