WP: Tramp Zelenski ilə görüşdən sonra Ukraynaya hərbi yardımı dayandırmağı düşünür
ABŞ Prezidenti Donald Trampın Oval kabinetdə ukraynalı həmkarı Volodimir Zelenski ilə gərgin görüşündən sonra Ağ ev Ukraynaya hərbi yardımı tamamilə dayandıra bilər. Qərar radarlar, nəqliyyat vasitələri, döyüş sursatları və raketlər də daxil olmaqla milyardlarla dollarlıq hərbi dəstəyə təsir edəcək.
“Report” xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.
Tramp administrasiyası Ukraynaya bütün hazırkı hərbi yardımı kəsməyi düşünür. ABŞ administrasiyasının yüksəkvəzifəli rəsmisi “The Washington Post”a deyib ki, bu, Zelenskinin Oval kabinetdəki görüşü zamanı verdiyi bəyanatlar, eləcə də sülh danışıqlarındakı mövqeyi ilə bağlıdır.
“Nəzərdən keçirilən qərar prezidentin ixtisar səlahiyyəti vasitəsilə Ukraynaya radarlar, avtomobillər, döyüş sursatları və raketlər üçün ayrılan milyardlarla dollara təsir edəcək”, – adının açıqlanmasını istəməyən rəsmi deyib.
Onun sözlərinə görə, silah tədarükünün dayandırılmasının müzakirəsi Vaşinqtonla Kiyev arasında münasibətlərin kəskin şəkildə pisləşməsindən xəbər verir. Zelenskinin Tramp və vitse-prezident Jey Di Vens ilə görüşü gərgin dialoqla müşayiət olunub.
“Rusiyanın genişmiqyaslı işğalı ilə üzləşən Ukrayna üçün silahların verilməməsinin müzakirəsi keçmiş müttəfiqlər arasında münasibətlərin kəskin şəkildə pisləşdiyini vurğulayır”, – qəzet qeyd edib.
Eyni zamanda, administrasiya nümayəndəsi sərt söhbətin əvvəlcədən planlaşdırıldığı iddialarını rədd edib.
“Görüşdən əvvəl daha müsbət ton yaratmaq üçün səy göstərilib, bunu Trampın Zelenskinin “diktator” olması ilə bağlı ittihamları rədd etməsi sübut edir”, – mənbə diqqət çəkib.
Oxşar xəbərlər
Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Tramp Ukraynaya hərbi yardımı davam etdirmək niyyətindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp 4 milyard dollarlıq hərbi yardımın Ukraynaya veriləcəyinə aydınlıq gətirməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski: ABŞ Ukraynaya yardımı dayandırmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Ukraynaya 425 milyon dollar dəyərində silah paketi ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












