Zelenski: ABŞ Ukraynaya yardımı dayandırmayıb
ABŞ, dəstəyin dayandırılması barədə məlumatlara baxmayaraq, Ukraynaya hərbi yardımı dayandırmayıb.
“Sizinxeber.az” “Azadlıq Radiosu”na istinadən xəbər verir ki, bu fikri Ukrayna lideri Volodimir Zelenski Moldova Prezidenti Maya Sandu ilə birgə mətbuat konfransında bildirib.
“Bilirəm ki, bütün dünyada ABŞ hökuməti tərəfindən dəstəklənən çoxlu sayda qurumlar var. Mən yalnız Ukraynanın ala bilməyəcəyi şeylər barədə danışa bilərəm <…> Mən hərbi yardıma fokuslanmışam. O, dayandırılmayıb”, – Zelenski söyləyib.
Yanvarın 25-nə keçən gecə “Politico” qəzeti xəbər vermişdi ki, ABŞ dövlət katibi Marko Rubio bütün xarici yardım proqramlarının maliyyələşdirilməsini 90 gün müddətinə dərhal dayandırmaq barədə sərəncam verib. Daha sonra “Reuters” məlumat vermişdi ki, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ukraynaya yardımla bağlı layihələri dayandırıb.
Oxşar xəbərlər
Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq
USAID Ukraynaya dəstək layihələrini dayandırıb
Politico: Dövlət Departamenti bütün xarici yardım proqramlarının maliyyələşdirilməsini dayandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
